ARTICLE
8 April 2026

RƏQƏMSAL DÖVLƏT MALİYYƏSİ VƏ FƏALİYYƏT PLANI

Bureau 28a

Contributor

Bureau 28a offers expertise in all areas of Azerbaijani law relevant to businesses, governments, not-for-profits, and individuals. We advise those from outside entering, already in, interested in, or exiting the market; assist those from Azerbaijan investing outside; and help bringing to those on the ground here best practices worldwide.
26 yanvar 2026‑cı ildə Prezidentin 590 nömrəli Fərmanı ilə Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin (RDMİS) Əsasnaməsi təsdiq edilmişdir.  Bu Əsasnaməyə əsasən, sistem Maliyyə Nazirliyinin fəaliyyət sahələrində analitik təhlil, proqnozlaşdırma, hesabatlılıq və xidmət keyfiyyətinin artırılması
Azerbaijan Finance and Banking
Dinara Babayeva’s articles from Bureau 28a are most popular:
  • in South America
Bureau 28a are most popular:
  • with readers working within the Utilities industries

26 yanvar 2026‑cı ildə Prezidentin 590 nömrəli Fərmanı ilə Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin (RDMİS) Əsasnaməsi təsdiq edilmişdir.  Bu Əsasnaməyə əsasən, sistem Maliyyə Nazirliyinin fəaliyyət sahələrində analitik təhlil, proqnozlaşdırma, hesabatlılıq və xidmət keyfiyyətinin artırılması vasitəsilə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsinə xidmət edir.  RDMİS-in əhatə dairəsinə aşağıdakı əsas dövlət maliyyəsi sahələri daxildir: (i) dövlət büdcəsi gəlirləri: vergi, gömrük, rüsumlar, dividendlər və digər dövlət daxilolmaları; (ii) audit; (iii) mühasibat uçotu; (iv) dövlət maliyyə nəzarəti; (v) inzibati cərimələr; (vi) Dövlət Xəzinədarlığı; (vii) dövlət borcu; və (viii) maliyyə öhdəlikləri.

Sistem, Prezidentin 2018‑ci il tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət informasiya ehtiyat və sistemlərinin inteqrasiyası qaydalarına uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir.  Əsasnamə həmçinin ehtiyat nüsxələrin “Hökumət buludu”nda saxlanılmasını, digər dövlət informasiya sistemləri ilə qarşılıqlı fəaliyyəti, informasiya təhlükəsizliyi tədbirlərinin görülməsini və RDMİS‑in vahid dövlət reyestrlərinə daxil edilməsini tələb edir.

RDMİS‑in sahibi və operatoru kimi sistemin idarə edilməsi, inkişafı və davamlı fəaliyyətinə cavabdeh olan Maliyyə Nazirliyi təyin edilmişdir.

2026‑cı il 27 fevralda Prezidentin 953 nömrəli Sərəncamı ilə 2026–28ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilmişdir.  Plan, rəqəmsal texnologiyaların genişləndirilməsi, dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, vahid məlumat idarəçiliyi prinsiplərinin tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, SZ və innovasiya ekosistemlərinin inkişafı, rəqəmsal insan kapitalının artırılması kimi prioritetləri müəyyən edir.  Sənəd dövlət qurumları arasında koordinasiya, tədbirlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, dövlət informasiya sistemlərinin “Hökumət buludu”na miqrasiyası və vençur maliyyələşməsi, kraudfandinq və startapların dəstəklənməsi üçün hüquqi çərçivənin formalaşdırılmasını nəzərdə tutur.

Plan həmçinin “rəqəmsal səyyah” vizası kimi mexanizmlərlə qlobal istedadların cəlb edilməsini və Azərbaycanın rəqabətqabiliyyətliliyinin, rəqəmsal suverenliyinin və beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılmasını hədəfləyir.

Planın icrasına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, koordinasiyasına isə Rəqəmsal İnkişaf Şurası cavabdehdir. İcranın monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.

SÜNİ ZƏKA LAYİHƏSİ

17 mart 2026‑cı ildə Milli Məclisdə Cinayət Məcəlləsinə, Cinayət‑Prosessual Məcəlləsinə, İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın Mühafizəsi haqqındaMedia haqqında Qanunlara dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilmişdir. Bu müxtəlif normativ aktlar fərqli tənzimləmə sahələrini əhatə etsə də, ümumilikdə rəqəmsal mühitin daha sistemli şəkildə tənzimlənməsinə keçidi ifadə edir.

Layihə Cinayət Məcəlləsinə yeni 148‑2‑ci maddənin əlavə edilməsini nəzərdə tutur.  Bu maddə SZ və digər rəqəmsal sintetik texnologiyalardan istifadə etməklə şəxsiyyət və ya səs qeydləri əsas götürülərək, həmin şəxsin razılığı olmadan hazırlanmış saxta və ya manipulyasiya olunmuş foto, video və ya audio materialların hazırlanması və ya yayılmasına görə məsuliyyət müəyyən edir.  Təklif edilən cəzalar 3.000 – 7.000 manat məbləğində cərimə, ictimai işlər, azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmədir.

Layihə həmçinin yeni 242‑1‑ci maddəni əlavə edir.  Bu maddə daha ciddi xarakterli, xüsusilə həssas və ya uyğun olmayan kateqoriyalara aid rəqəmsal materialların şəxsin razılığı olmadan hazırlanması və ya yayılmasına görə üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.

İnformasiya haqqında Qanuna ediləcək dəyişikliklərlə 13‑2.3.9‑1 alt‑maddəsi daxildir və razılıq olmadan hazırlanan, reallığı əks etdirməyən və ya həssas kateqoriyalara aid olan SZ‑əsaslı materiallar məhdudlaşdırılan informasiya kimi təsnif olunur.  Yeni 13‑2.7 alt‑maddəsi isə belə materialların ictimai nümayişi zamanı onların SZ vasitəsilə yaradıldığını bildirən aydın işarələnmənin verilməsini tələb edir.

Media haqqında Qanuna əlavə edilən 14.1.13‑1 alt‑maddəsi razılıq olmadan hazırlanmış saxta, manipulyasiya olunmuş və ya digər həssas SZ‑əsaslı materialların yayımını qadağan edir.  Bu dəyişikliklərə uyğun olaraq Qanunun 41.1.1 və 66.1 alt-maddələrinə də müvafiq düzəlişlər edilir.

YAŞIL ENERJİ

2026‑cı ilin mart ayında Qazaxıstan Məclisi Azərbaycan və Özbəkistan tərəfindən əvvəlcədən təsdiqlənmiş Yaşıl Enerji Dəhlizi üzrə Strateji Tərəfdaşlıq Sazişini ratifikasiya etmişdir.  Layihə Mərkəzi Asiyadan Azərbaycana doğru Xəzər dənizinin dibi ilə çəkiləcək yüksək gərginlikli DC elektrik kabeli vasitəsilə bərpa olunan enerji ötürülməsini nəzərdə tutur.  Bununla yanaşı, bərpa olunan enerji hesabına istehsal olunan yaşıl hidrogen və yaşıl ammonyak ayrıca ticarət və logistika kanalları vasitəsilə ixrac ediləcək.

Layihə həmçinin ADB (Asiya İnkişaf Bankı) və AIIB (Asiya İnfrastruktur Sərmayə Bankı) tərəfindən maliyyə və institusional dəstək göstərilən CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı çərçivəsində inkişaf etdirilir və transsərhəd enerji ticarətinin genişləndirilməsinə xidmət edir.

The content of this article is intended to provide a general guide to the subject matter. Specialist advice should be sought about your specific circumstances.

Mondaq uses cookies on this website. By using our website you agree to our use of cookies as set out in our Privacy Policy.

Learn More