ARTICLE
26 March 2026

Vergi İslahatı: E-Ticarət, Güzəştlər

Bureau 28a

Contributor

Bureau 28a offers expertise in all areas of Azerbaijani law relevant to businesses, governments, not-for-profits, and individuals. We advise those from outside entering, already in, interested in, or exiting the market; assist those from Azerbaijan investing outside; and help bringing to those on the ground here best practices worldwide.
2026-cı il fevralın 13-də Milli Məclis Vergi Məcəlləsini dəyişdirərək qeyri-rezident e-ticarət bizneslər üçün məcburi qeydiyyat tələblərini və hədəflənmiş vergi güzəştlərini tətbiq edən və 355-VIIQD nömrəli Qanun kimi qüvvəyə minmiş qanun layihəsini qəbul etmişdir. Qanun, Azərbaycan Respublikası
Azerbaijan Tax

2026-cı il fevralın 13-də Milli Məclis Vergi Məcəlləsini dəyişdirərək qeyri-rezident e-ticarət bizneslər üçün məcburi qeydiyyat tələblərini və hədəflənmiş vergi güzəştlərini tətbiq edən və 355-VIIQD nömrəli Qanun kimi qüvvəyə minmiş qanun layihəsini qəbul etmişdir.  Qanun, Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2026-cı il tarixli, 606 nömrəli Fərmanına əsasən qüvvəyə minib.

İslahat, vergiyə cəlb olunan daimi nümayəndəliyi olanlar istisna olmaqla, Azərbaycan ərazisində onlayn platformalar vasitəsilə e-ticarət həyata keçirən qeyri-rezidentlərin vergi məqsədləri üçün elektron qaydada qeydiyyatdan keçməsini tələb edir.  İllik dövriyyəsi 10,000.00 ABŞ dollarının manat ekvivalentini aşan şəxslər qeydiyyatı 30 gün müddətində tamamlamalıdır, bu həddən aşağı dövriyyə üzrə qeydiyyat isə könüllü olaraq qalır.

Dəyişikliklər “Azərbaycanda e-ticarət həyata keçirmə” anlayışını müəyyən etmir, bu isə praktikada şərh üçün imkan yaradır.  Termin ümumilikdə yerli müştərilərə konkret hədəfləyən, o cümlədən yerli çatdırılma seçimləri təklif edən platformaları əhatə edən kimi başa düşülür.

Qeydiyyatdan keçmiş qeyri-rezidentlər hər hesabat dövründən sonrakı ayın son gününədək ƏDV-ni Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəməlidirlər.  Göründüyü kimi, mexanizm xidmətləri də əhatə edəcək və yerli müştərilər birbaşa vergi ödəmək öhdəliyindən azad olunacaq.

Elektron poçt və ya interaktiv ünsiyyət alətlər vasitəsilə təqdim edilən məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətləri, habelə real vaxt rejimində onlayn təhsil və onlayn tədbirlərə bilet satışı e-ticarət öhdəliklərindən istisna edilir.

13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) sessiyası çərçivəsində mal və ya xidmət təqdim edən qeyri-rezident təchizatçılar 1 sentyabr 2025-ci il tarixindən etibarən bir il müddətinə güzəştlərdən faydalanırlar.  Bu güzəştlərə forumla əlaqədar əldə edilən gəlirlər üzrə gəlir vergisi, mənfəət vergisi, ƏDV və əqli mülkiyyət üzrə royaltilər daxildir.

Ayrıca, fərdlər artıq ildə bir ədəd, ölkə üzrə illik ümumilikdə isə on ədəddən artıq olmamaqla raritet avtonəqliyyat vasitələrini ƏDV və aksizdən azad idxal edə bilərlər.  İncəsənət əsərlərinin, əntiq və kolleksiya əşyalarının idxalı da ƏDV-dən azaddır.

Qeydiyyat tələbi 23 avqust 2026-cı ildən, raritet avtonəqliyyat vasitələrinin idxalına dair qaydalar və WUF13 ilə əlaqəli fəaliyyətlər üzrə hədəfli vergi güzəştləri 23 mart 2026-cı ildən, incəsənət, kolleksiya və əntiq əşyalar üçün tənzimləmə isə 1 yanvar 2026-cı ildən tətbiq olunacaq.

AZƏRBAYCANDA BEYNƏLXALQ VƏ XARİCİ STANDARTLARIN TƏTBİQİ

5 fevral 2026-cı il tarixində Nazirlər Kabineti 38 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ərazisində Beynəlxalq, Regional, Dövlətlərarası və Xarici Standartların Tətbiqi Qaydaları-nı qəbul etmişdir.  Qaydalar standartların birbaşa qəbulunu nəzərdə tutur və milli iqtisadiyyatın beynəlxalq meyarlarla uyğunlaşdırılmasını hədəfləyir.

Milli standart mövcud olmadıqda və ya beynəlxalq müqavilə öhdəlikləri uyğunluğu tələb etdikdə, qəbul üzrə əsas səlahiyyətli orqan Azərbaycan Standartlaşdırma İnstitutudur.  Standartların qəbulu aşağıdakı formalarda həyata keçirilə bilər: (i) autentik tərcümə, (ii) texniki cəhətdən  və ya struktur dəyişiklik etməklə, və ya (iii) titul vərəqi və müqəddimə bölməsinin tərcüməsi ilə standartın birbaşa qəbulu.

Birbaşa qəbul Azərbaycan Respublikasının üzv olduğu təşkilatların və ya ikitərəfli sazişlərin mövcud olduğu dövlətlərin standartlarına şamil edilir.  Maraqlı tərəflər yoxlama məqsədilə İnstituta rəsmi nəşrləri və autentik tərcümələri təqdim etməlidirlər.

İnstitut, təqdim edilmiş sənədləri 15 iş günü müddətində nəzərdən keçirir.  Çatışmazlıqlar aşkar edildikdə, müraciət edənlərə beş iş günü ərzində məlumat verilir və onlar on iş günü müddətində düzəliş etməlidirlər.  Sənədlər tam və qüsursuz olduqda, üç iş günü ərzində aidiyyəti texniki komitəyə göndərilir.  Komitə isə onları 30 iş günü müddətində qiymətləndirir.

Təsdiq edilmiş standartlar milli hüquqi aktlara və texniki reqlamentlərə zidd olmamalıdır.  Qeydiyyatdan sonra standartlar rəsmi dərc edilir və Azərbaycanda istifadə üçün standartlaşdırma üzrə dövlət fonduna əlavə olunur.

Qəbul mümkün olmadıqda, İnstitut əsaslandırılmış qərar qəbul edir və iki iş günü ərzində maraqlı tərəfləri məlumatlandırır.

Qaydalar, eyni mövzunu tənzimləyən 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Prezident Fərmanını ləğv etməsə də, 16 aprel 1996-cı il tarixli 60‑IQ nömrəli Qanunu əvəz etmiş 17 may 2019-cu il tarixli 1587‑VQ nömrəli Qanunu tətbiq edən 12 iyul 2019-cu il tarixli 780 nömrəli Prezident Fərmanına əsasən qəbul edildiyindən, yeni tənzimləməni təklif edərək əvvəlki çərçivəni əvəz edir.

STRATEJİ İNVESTİSİYALAR HAQQINDA QANUN LAYİHƏSİ

13 fevral 2026-cı il tarixində Milli Məclis 22 iyun 2022-ci il tarixli 551-VIQ nömrəli, İnvestisiya Fəaliyyəti haqqında, Qanuna dəyişiklikləri birinci oxunuşda qəbul etmişdir.

Layihə, dövlət tərəfindən investisiyaların əldə olunmasına imkan verən müdaxilə testini və, (i) ictimai zərurət bunu tələb edirsə və ya (ii) strateji investisiyalar halında, dövlətin və xalqın maraqlarına zərər vura biləcək və ya milli maraqlara zidd olan müstəsna hallarda, belə əldəetmənin ayrı-seçkilik hesab edilməyəcəyini təsbit edir.

Dəyişikliyə əsasən, kompensasiya investisiya müqaviləsinin şərtlərinə uyğun müəyyən ediləcək, müqavilədə məbləğ və ya prosedur nəzərdə tutulmadıqda yalnız qanunvericiliklə müəyyən edilmiş standartlar tətbiq olunacaqdır.

Dəyişikliklər həmçinin bu prosedurları 20 aprel 2010-cu il tarixli 987-IIIQ nömrəli, Dövlət Ehtiyacları üçün Torpaqların Alınması haqqında, Qanundan ayırır və strateji əhəmiyyətli investisiyaların milliləşdirilməsi və ya dövlət tərəfindən əldə olunmasının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməli olduğunu dəqiqləşdirir.

Orxan AĞAYEV
Bureau 28a
Orxan.Agayev@Bureau28a.com

The content of this article is intended to provide a general guide to the subject matter. Specialist advice should be sought about your specific circumstances.

Mondaq uses cookies on this website. By using our website you agree to our use of cookies as set out in our Privacy Policy.

Learn More